Premyer Liqada 40-cı səfər məğlubiyyəti
08.08.2022 - 10:35

“Səbail” Premyer Liqada 40-cı səfər məğlubiyyətini alıb.
Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib.
Misli Premyer Liqasına “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu bunadək 39 səfərdən xalsız dönüb. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.
Qeyd edək ki, Premyer Liqada 2017/18 mövsümündə debüt edən “Səbail” səfərdəki ilk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.
- Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"
- Türkiyə millisi 12 ildən sonra Gürcüstanla qarşılaşacaq - Statistika
- Paris-2024: Avarçəkənimizin rəqibləri bəlli olub
- Taekvondoçularımız Türkiyə açıq çempionatında
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
0
0