Qadın cüdo millimiz dünya çempionatına Yaponiyada hazırlaşır
08.04.2023 - 21:14

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının üzvləri aprelin 5-dən etibarən Yaponiyada cüdo təlim düşərgəsində iştirak edir.
Apasport.az-ın məlumatına görə, aprelin 22-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının 6 üzvü qatılıb. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.
0
0