Qadın məşqçilərə diplomlar təqdim edilib
18.04.2024 - 13:15

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran qadın mütəxəssislərə müvafiq diplomlar təqdim olunub.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir qurumun inzibati binasında baş tutub.
Diplomları AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva, texniki direktoru Cahangir Həsənzadə və təhsil proqramının rəhbəri Aslan Kərimov təqdim ediblər.
0
0