“Qalatasaray” oyunlara SOCAR loqosu ilə çıxacaq
11.07.2023 - 20:45

SOCAR və “Qalatasaray” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə İstanbul nəhəngi məlumat yayıb.
Tərəflər arasında anlaşma üç illik nəzərdə tutulub. Əməkdaşlıq 2023/24 mövsümündən qüvvəyə minəcək və komandanın bütün növlərinə şamil ediləcək. UEFA bayrağı altında keçirilən bütün yarışlarda “Qalatasaray” formasında SOCAR loqosu əks olunacaq.
Qeyd edək ki, Qalatasaray 23 dəfə Türkiyə çempionu olub.
0
0