"Qarabağ" Antalyaya yollandı - FOTOLENT
04.01.2023 - 10:01

Misli Premyer Liqasının lideri "Qarabağ" Türkiyəyə yollanıb.
Apasport.az saytının məlumata görə, Qurban Qurbanovun komandası qış təlim-məşq toplanışını Antalyada keçəcək.
“Qarabağ” qardaş ölkədə 3 yoxlama matçı da keçirəcək. Ağdam təmsilçisi yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. 5 gün sonra isə onların rəqibi "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) olacaq. Hər 2 matç eyni gündə keçiriləcək.
“Qarabağ”ın Antalya hazırlığı yanvarın 23-də başa çatacaq.
0
0