
Dünya klublarının reytinq siyahısı yenilənib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytı məlumat yayıb.
"Qarabağ" dünya klublarının reytinq siyahısında 8 pillə geriləyib.
Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. "Sabah" isə 411-cidir.
503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.
Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.