
UEFA-nın klub reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 7 klubu yer alıb.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 64-cü yerdədir.
Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”u mübarizədən kənarlaşdıran (1:1, 3:1) Qurban Qurbanovun yetirmələri bir pillə irəliləyib. Ağdamlılar ÇFR-i arxada qoyub. Hazırda “Qarabağ” Moskva “Lokomotiv”i ilə şərikdir.
Pley-offdakı rəqiv “Viktoriya” 21,000 xalla 67-cı sırada qərarlaşıb. Digər təmsilçilərimiz mövqeyini qoruyub.
“Neftçi” 9,000 xalla 145-ci yerdə qalıb. 286-cı yerə enən “Qəbələ”nin 4,000 xalı var. “Şamaxı” 3,000 xalla 303-cüdür. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,900 xalla 345-ci pillədədir.
Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.