“Qarabağ” - “Linkoln” oyununa 12 min bilet satıldı
14.07.2023 - 18:00

Çempionlar Liqasının “Qarabağ” - “Linkoln” matçına bilet satışı davam edir.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
I təsnifat mərhələsinin cavab oyununa 12 min bilet satılıb. İyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Biletlər “Iticket.az”ın satış məntəqələrində (iticket.az-da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək) satılır.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.
0
0