"Qarabağ" - "Lion" matçına 13 mindən çox bilet satılıb
20.11.2024 - 15:15

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- AFFA VAR mərkəzində seminar keçirilib
- Paris 2024: Futbol üzrə yarışlarda yarımfinal cütləri bəlli olub
- “Qarabağ” yeni transferini “Sürix” üçün sifariş etdi
- AVRO-2024: Səbətlər dəqiqləşdi
0
0