“Qarabağ” – “Neftçi” matçının biletləri satışda
16.12.2023 - 11:52

Misli Premyer Liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün iticket.az-da satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması dekabrın 18-də keçiriləcək.
0
0