
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqiblərindən dördü bəlli olub.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində 2-ci pillədəki yerini qorusa, Çempionlar Liqasının 3-cü yer sahiblərindən biri ilə görüşəcək.
VI turun ilk oyun günündən sonra 4 belə komanda müəyyənləşib. “Qalatasaray” da “Qarabağ”ın mümkün rəqiblərindəndir.
“Qalatasaray”la da qarşılaşa biləcək təmsilçimiz “Lans”, “Braqa” və “Benfika” ilə də üz-üzə gələ bilər. VI tura qədər də Çempionlar Liqasına pley-offdan düşəcək 2 komanda dəqiqləşmişdi. Bunlar “Yanq Boyz” və “Feyenord”dur.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-offuna düşmək üçün sabah “Hekken”ə qalib gəlməlidir. Təmsilçimizin xal itkisi ilə də ikinci sıranı qoruması isə digər matçın nəticəsindən asılı olacaq.