“Qarabağ” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq
25.09.2023 - 16:33

“Qarabağ” Premyer Liqanın VII turunda “Qəbələ” ilə qarşılaşacaq.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu matça itkilərlə çıxacaq.
“Qarabağ”ın iki futbolçusu - Redon Cica və Bəhlul Mustafazadə böyük ehtimalla oyunu buraxacaq. Hər iki futbolçunun müalicəsi davam etdirilir.
Avropa Liqasının qrup mərhələsinin I turunun “Molde” ilə görüşündə zədələnərək oyunu yarımçıq tərk etmiş Mateus Silva isə artıq düşərgəyə qayıdıb. Kollektivlə məşqlərə qoşulmuş braziliyalının bu günkü matçda meydana çıxmasında problem görülmür.
0
0