“Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirildi
28.04.2023 - 12:59

Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Qarşılaşma mayın 8-də baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
Dəyişikliyə səbəb “Neftçi” - “Qarabağ” matçıdır. Aprelin 30-na nəzərdə tutulan bu oyun mayın 2-nə keçirildiyinə görə “Azersun Arena”dakı növbəti qarşılaşmanın tarixi dəyişdirilib.
Qeyd edək, “Qarabağ” – “Qəbələ” görüşü öncədən mayın 6-na planlaşdırılmışdı.
0
0