"Qarabağ" - “Şamaxı” oyunun biletləri satışa çıxarılıb
16.01.2025 - 09:58

Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Şamaxı” oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymətlər 3, 7 və 15 manat aralığında dəyişir.
Biletlər oyun günü həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
0
0