"Qarabağ" top klublar arasında 59-cu pillədədir
15.08.2024 - 15:36

Avropanın top komandalarının reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə Azərbaycanın dörd klubu yer alıb.
279 xala malik "Qarabağ" Avropada 59-cu pillədə qərarlaşıb. "Neftçi" 19 xalla 245-cidir.
Hesabında 15 xal olan "Sabah" 270-ci yerdədir. 338-ci olan "Zirə" 6 xala malikdir.
Qeyd edək ki, 400 klubun yer aldığı siyahıya "Real" başçılıq edir – 2362 xal.
0
0