“Qarabağ” üçün 300 min avro
06.04.2023 - 15:30

“Qarabağ”ın büdcəsinə növbəti vəsait daxil olub.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasının pley-off mərhələsində iştirakı üçün qazanc əldə edib.
UEFA Azərbaycan çempionuna 300 min avro ayırıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
0
0