"Qarabağ" UEFA reytinq cədvəlində geriləyib
26.10.2024 - 16:21

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.
Apasport.az xəbər verir ki, Bakıda "Ayaks"a 0:3 hesabı ilə məğlub olan "Qarabağ" reytinqdə 1 pillə geriləyib. Azərbaycan çempionu “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.
Qeyd edək ki, “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.
0
0