“Qarabağ”da vida
04.06.2022 - 16:43

“Qarabağ” futbolçusu Xayme Romero ilə vidalaşıb.
Apasport.az saytının məlumatına görə, onunla mövsümün sonunda başa çatan müqavilənin müddətini uzadılmayıb.
Zədə səbəbindən 2021/22 mövsümünü boşa verən 32 yaşlı ispaniyalı yarımmüdafiəçi cəmi 3 qarşılaşmada şans qazanıb. Ümumilikdə isə Romero Premyer Liqada 36 matçda 7 qol vurub.
Qeyd edək ki, 2019-cu ilin yayından “Qarabağ”da çıxış edən legioner Premyer Liqada 2 qızıl, 1 gümüş medal qazanıb.
0
0