“Qarabağ”da yeni təyinat
13.09.2023 - 23:36

Azərbaycan çempionu “Qarabağ”da yeni təyinat baş tutub.
Apasport.az saytı xəbər verir ki, Anar Hacıyev mətbuat xidmətinin rəhbəri təyin olunub.
Bu barədə Ağdam klubu açıqlama yayıb. O, iyunun 13-də klubdan ayrılan Gündüz Abbaszadəni əvəzləyib.
Qeyd edək ki, Hacıyev 13 il “Qəbələ” klubunun Media və Marketinq meneceri vəzifəsində çalışıb.
0
0