
"Qarabağ"ən U-16 komandası Estoniyada təşkil olunan “Tallinn Cup”da növbəti oyunlarını keçirib.
Apasport.az xəbər verir ki, futbolçularımız daha 2 oyunda qələbə qazanıblar.
Rəşad Sadıqovun yetirmələri İsveç təmsilçisi “Jarlaberqs”i 3:2 hesabı ilə məğlub edib. Ağdam klubunun heyətində Əli İbrahim (2) və Əli Abışev fərqləniblər.
"Qarabağ" yerli “Olimp”dən 4:1 hesabı ilə üstün olub. Əli İbrahim ardıcıl 5-ci oyunda dubl edərək qələbədə böyük rol oynayıb. Komandanın digər qollarına Sahib Əliyev və Əli Qazıbəyov imza atıblar.
Qeyd edək ki, təmsilçimiz 5 oyundan sonra maksimum nəticə ilə 1-ci pillədə qərarlaşıb. U-16 sabah keçiriləcək sonuncu turda “Narva Trans”la (Estoniya) görüşəcək.