
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.
Son turda "Kəpəz"i darmadağın edən Qurban Qurbanovun yetirmələri bugünkü matçı da itkisiz yola verib: 3-1
Şahin Diniyevin komandası isə yaxşı gedişatı davam etdirməyə çalışsa da, son çempiona diş keçirə biməyib.
Azərbaycan Premyer Liqası
XIII tur
12 noyabr
19:00. “Qarabağ”– “Səbail” 3-1
Qol: T. Bayramov, 8, Benzia, 43, Juninyo, 54, Pedro, 76
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (1:0), "Sumqayıt" "Neftçi"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:2) məğlub edib.