"Qarabağ"dan Lunyova təklif
23.02.2024 - 13:40

"Qarabağ" qapıçısı Andrey Lunyovla müqaviləni uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə rusiyalı futbolçunun agenti Anton Smirnov açıqlama verib.
"Sözləşmə müddətinin uzadılması təklifi "Qarabağ"dan gəlib. Şərtlər müzakirə olunur", - deyə menecer bildirib.
Qeyd edək ki, ötən ilin yayında “Bayer”dən transfer olunan Lunyovla 1+1 illik müqavilə imzalanıb. 32 yaşlı qolkiper “Qarabağ”da bütün yarışlarda 22 oyuna çıxıb.
0
0