
“Qarabağ” 2022-ci ildə ilk dəfə Azərbaycan klubuna uduzub.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə məğlub olub.
0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi daxili yarışlarda 43 görüşdən ibarət məğlubedilməzlik seriyasına malik idi.
“Qarabağ”ın son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Onlar səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzub.
Həmin yenilgidən sonra “Qarabağ” çempionatda 37, kubokda 6 görüşə çıxıb. Ötən mövsüm Premyer Liqada 20, kubokda 5 qarşılaşma baş tutub. Digər görüşlər cari mövsümə təsadüf edib.
Qeyd edək ki, ilk oyunda 2:2 hesablı heç-heçə edən “Qarabağ” kubokda mübarizəni dayandırıb.