“Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi
09.09.2023 - 12:07

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionu 25 futbolçu sifariş edib.
Bunlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 4-ü hücumçudur.
Qeyd edək ki, sentyabrın 21-də başlayacaq qrup mərhələsində “Qarabağ”ın rəqibləri “Bayer”, “Molde” və “Haken” olacaq.
0
0