
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi müəyyənləşib.
III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşəcək Qurban Qurbanovun yetirmələri turu adlasa, Çempionlar Liqasının “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. İlk oyunlar avqustun 24-də, cavab görüşləri 31-də baş tutacaq. “Qarabağ” – HİK cütünün qalibi pley-offa səfərdə başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisinin Helsinki klubu ilə ilk matçı avqustun 10-da, cavab qarşılaşması 17-də təşkil olunacaq. Çempionumuz ilk oyunu evdə keçirəcək.