“Qarabağ”ın oyunu təxirə salındı
12.08.2022 - 18:05

Misli Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı PFL verib.
III turun “Turan Tovuz” – “Qarabağ” görüşü təxirə salınıb. Bu qərar Ağdam klubunun müraciəti, Tovuz təmsilçisinin razılıq məktubuna əsasən verilib.
“Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı dəqiqləşməyib.
0
0