
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı səfər proqramı bəlli olub.
Apasport.az-ın məlumatına görə, Azərbaycan çempionu iyulun 25-də Polşaya yola düşəcək.
“Rakuv”un qonağı olacaq “Qarabağ” çərşənbə axşamı saat 11:30-da səfərə çıxacaq. Həmin gün yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Bundan sonra matçın oynanılacağı “Miejski” stadionunda media üçün 15 dəqiqəlik açıq məşq baş tutacaq.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:15-də start götürəcək.