“Qarabağ”ın rəqibi müəyyənləşdi - YENİLƏNİB
18.12.2023 - 16:16

“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu, Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında dəqiqləşib.
Turnirin qrup mərhələsində ikinci olan təmsilçimiz 1/8 finala vəsiqə uğrunda dueldə "Braqa" ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında qrup üçüncüsü ilə ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü ildə baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab görüşləri 22-də keçiriləcək.
0
0