"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb
27.11.2024 - 10:28

Misli Premyer Liqasının III turundan təxirə salınmış oyunun vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"Şamaxı” – “Qarabağ” matçı dekabrın 19-da keçiriləcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.
0
0