“Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı
11.07.2023 - 10:14

Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində 300 komanda yer alıb.
Azərbaycan siyahıda iki klubla təmsil olunub. “Qarabağ” 138,5 xalla dünyanın 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 3 pillə geriləyib.
“Neftçi”nin hesabında 67 xal var. Bakılılar 291-ci sırada yer alıb. Paytaxt təmsilçisi 4 pillə geri düşüb.
Qeyd edək ki, reytinq cədvəlinə 315 xala malik “Real” başçılıq edir.
0
0