"Qəbələ" "Əl-Yarmuk"la bərabərə qaldı
31.07.2024 - 23:13

Yeni mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb.
Görüşdə hesabı "Qəbələ" açsada, daha sonra rəqib bərabərliyi təmin edə bilib. Ümumilikdə 4 qol vurulan bu görüşdə qalibi müəyyən etmək mümkün olmayıb.
Beləliklə, Qəbələ şəhər stadionunda təşkil olunan matç 2:2 hesabı ilə başa çatıb.
0
0