"Qəbələ" iordaniyalı ilə yollarını ayırdı
09.01.2024 - 10:15

“Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından Qəbələ təmsilçisində çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib.
Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
0
0