“Qəbələ” israilli futbolçu ilə yollarını ayırıb
19.04.2024 - 13:04

“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan bölgə klubunda çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
0
0