
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti mərhələyə yüksəlib.
Apasport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsinin cavab görüşündə “Puşkaş Akademiyası” mübarizədən kənarlaşdırıb.
Qəbələdəki ilk qarşılaşmada 1:1 hesablı heç-heçə ilə kifayətlənən Famil Xəlilovun yetirmələri Macarıstanda tək qolla qalib gəlib. Kənan Baxışov 56-cı dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb.
“Qəbələ” növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. İkinci mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
25 oktyabr
“Puşkaş Akademiyası”(Macarıstan) – “Qəbələ” (Azərbaycan) – 0:1
Qol: Kənan Baxışov, 56
İlk oyun – 1:1