"Qəbələ" Qəbələdə qalır
11.07.2024 - 12:35

“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.
Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək.
Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb.
Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.
0
0