
"Qəbələ” komandası heyətinə daha bir futbolçu qatıb.
Klubdan apasport.az-a verilən məlumata görə, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Yerli futbol akademiyasının yetirməsi olan S.Ələsgərov 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.
Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu transfer edib.