"Qəbələ"nin futbolçusu əməliyyat olunub
25.04.2024 - 14:17

"Qəbələ" klubunun futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat yayıb.
27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.
Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.
0
0