“Qəbələ”nin üzvü əməliyyat olunub
28.01.2025 - 23:58

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Ələsgərovun əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.
Qeyd edək ki, Ələsgərov cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.
0
0