Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
25.04.2023 - 23:11

İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıranlar – Cansu Bektaş, Qamze Altun və Nuray Güngör Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın yerli bürosuna məlumat verilib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təbrik məktublarını, hədiyyələrini, xoş arzularını və dəvətlərini gənc idmançı qızlarımıza çatdırdıq. Sizinlə fəxr edirik!”, – deyə bildirilib.
0
0