Qələbənin FIFA reytinqində mövqeyimizə TƏSİRİ
17.11.2022 - 10:23

Azərbaycan millisinin yoldaşlıq görüşündə Moldova üzərində qələbəsi reytinq xalı qazanması ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, rəqibini Kişinyovda 2:1 hesabı ilə məğlub edən komandamız aktivinə 1,6 xal yazdırıb.
Ancaq bu, FIFA reytinqindəki mövqeyimizə təsir etməyib. Canni de Byazinin yetirmələri hazırda dünyanın 123-cü komandasıdır.
Noyabrın 20-də Şimali Makedoniya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə də qələbə qazanması isə yığmamızın aktivinə daha 3,5 xal yazdırmasına xidmət edəcək.
0
0