Qrup mərhələsinin ən yaxşı məşqçisi
27.01.2024 - 01:20

Afrika Millətlər Kubokunda qrup mərhələsinin ən yaxşı məşqçisinin adı açıqlanıb.
Apasport.az xəbər verir ki, Seneqal millisinin çalışdırıcısı Aliu Sisse hamını qabaqlayıb.
47 yaşlı baş məşqçi Seneqal yığmasının pley-off mərhələsinə çıxarmağı bacarıb.
Aliu Sissenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda ev sahiblərindən olan Fil Dişi Sahili millisi ilə qarşılaşacaq.
0
0