Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında
28.09.2023 - 12:54

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 500 mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı siyahıda 200-cüdür.
İkinci “100-lük”də yer alan 51 yaşlı mütəxəssisin hesabında 1594 xal var. Bu, son 4 ilin nəticələrinə əsasən hesablanan reytinq xalıdır.
Qeyd edək ki, siyahıya 2193 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
0
0