Qurban Qurbanov ikinci “yüzlük”də
01.08.2023 - 20:01

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisinin hesabında 1595 xal var.
51 yaşlı mütəxəssis siyahıda 199-cudur. Ötən cədvəllə müqayisədə 5 pillə irəliləyən Qurbanov ikinci “yüzlüy”ə daxil olub.
Qeyd edək ki, siyahıya 2194 xalı olan Pep Qvardiola başçılıq edir.
- Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” - VİDEO
- Atletimiz lisenziya xarakterli yarışda zədələndi
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- De Liqt "Bavariya"dan ayrılmağa yaxındır
- Mixal Bilek: "Bizim qələbə şansımız daha çox idi"
0
0