Qurban Qurbanov Xabi Alonso ilə görüşmək üçün Almaniyaya getdi
24.01.2024 - 14:17

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın fiziki hazırlıq üzrə məqşçisi Çudomir Çokarov Almaniyaya yollanıb.
Apasport.az saytına verilən məlumata görə, onlar "Araz-Naxçıvan"la matçdan dərhal sonra Almaniyaya üz tutub.
Qurbanovla Çokarov 3 gün "Bayer"in (Leverkuzen) məşqində iştirak edəcəklər.
Ağdam klubunun baş məşqçisi Xabi Alonso ilə fikir mübadiləsi aparacaq, məşq prosesində tətbiq etdiyi yeniliklərlə tanış olacaq.
Onların gələcəkdə yenidən görüşləri nəzərdə tutulub.
0
0