
“Qarabağ”ın hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Misli Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb.
Apasport.az saytının məlumatına görə, bu, XXVI turun “Səbail”lə matçında baş verib.
3:0 hesablı qələbəyə bir topla töhfə verən Musa 18-ci dəfə fərqlənib. Ramilin aktivində 17 qol var.
Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdi. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.