Ramil oynamadı, komandası qələbə qazandı
20.01.2024 - 22:09

Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev bu matçda yeni komandasının heyətində debüt edə bilməyib. Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasında izləyib.
Xallarını 36-ya yüksəkdən "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Yaşıl-qaralar" lider "Eyüpspor"dan 9 xal geri qalır.
0
0