"Real Madrid" növbəti formasını təqdim etdi - FOTO
25.03.2024 - 17:58

"Real Madrid" növbəti formasını nümayiş edib.
Apasport.az xəbər verir ki, klub dördüncü oyun formasını təqdim edib. Forma bənövşəyi rəngdə hazırlanıb.
Bundan əlavə, yeni kolleksiyaya iki qapıçı forması daxildir - qara və narıncı.
Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. Karlo Ançelottinin komandası “Barselona”nı 8 xal qabaqlayır. "Real Madrid" növbəti matçını martın 31-də "Atletik"ə qarşı keçirəcək.
0
0