Region Liqasının final oyununun yeri və başlama saatı bəlli olub
24.04.2024 - 16:39

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşib.
Apasport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışın həlledici görüşü mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, AFFA Region Liqasının 2023/2024 mövsümündə 1/4 final mərhələsinin ilk oyunları arxada qalıb. Cavab matçları isə aprelin 27-28-də keçiriləcək.
0
0