
“Neftçi” futbolçularından biri ilə müqavilə müddətini artırmaq niyyətindədir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Rəhman Hacıyevi komandada saxlamaq istəyir.
Komandanın baş məşqçisi Adrian Mutu Hacıyevi sərəncamında görmək niyyətindədir. 30 yaşlı futbolçuya yayda bir neçə təklif olsa da, o, Mutunun istəyi ilə komandada saxlanılıb. 2015-ci ildən “Neftçi”nin formasını geyinən Rəhman “Şamaxı”da da icarə əsasında oynayıb. Onun “Neftçi” ilə müqavilə müddətinin bir illik artırılacağı və 2025-ci il mayın 31-nə qədər Bakı klubuna məxsus olacağı gözlənilir.
Qeyd edək ki, Rəhmanın "Neftçi" ilə hazırki müqaviləsi 2024-cü il mayın 31-də bitir.