Renat Dadaşov yeni komandasında qol hesabını açıb
12.08.2024 - 01:02

Türkiyə çempionatının 1-ci liqasında çıxış edən "Ankaragücü" klubuna transfer edilən Renat Dadaşov bu gün yeni komandasında ilk matçına çıxıb.
Apasport.az xəbər verir ki, "Ankaragücü" evdə "Şanlıurfaspor"u qəbul edib.
Azərbaycan millisinin hücumçusu 67-ci dəqiqədə zədələnən Riad Bayiçi əvəzləyib. Renat 10 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb. Beləcə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dadaşov ötən mövsümü Türkiyənin "Hatayspor" klubunda keçirib.
0
0